Rəsul Quliyev son qərarını verdi

26 Avqust 2013 10:36 (UTC+04:00)
Ötən gün mətbuatda Açıq Cəmiyyət Partiyasının (ACP) Milli Şuradan çıxacağı haqda məlumat yayılmışdı.

Məlumatda Rəsul Quliyevin bu barədə qərar verdiyi bildirilirdi. Eks-spiker haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Modern.az-a açıqlama verən R.Quliyev məlumatı təkzib edərək Milli Şuradan çıxmayacaqlarını bəyan edib:

"Milli Şuranı tərk etmək barədə heç düşünməmişik də. Milli Şuranın qərarına hörmətlə yanaşırıq, əlimizdən gələni etməyə də çalışacağıq. Ancaq memorandumu yox, adı ehtiyat namizəd qoyulsa da, qərarın mürəkkəbi qurumamış vahid namizədə çevrilən namizədin peyda olması, seçkidə qalib gəlməyə yeganə şansı olan İbrahimbəyovun qələbə ilə qurtara biləcək qeydiyyat mübarizəsinin üzərindən qalın xətt çəkdi. Ümid edirəm ki, oktyabrın 10-da bu ideyanın müəllifləri buraxdıqları kobud səhvi anlayacaqlar"-deyə R.Quliyev bildirib.

Qeyd edək ki, Rəsul Quliyevin Milli Şuradan çıxacağı haqda məlumatı virtualaz.org saytı yaymışdı.

AzNews.az