“Eldar Namazov təxribatla məşğuldur“ - “El”in təşkilat sədri

26 Avqust 2013 12:13 (UTC+04:00)
"Eldan Namazov təxribatla məşğuldur. İstəyirlər ki, ölkədə qarşıqlıq salsınlar. Biz bu təşkilata üzv olanda bunların niyyətini bilmirdik. Buna görə də daha bunlardan uzağıq".

Bu sözləri AzNews-az-a açıqlamasında "El" Hərəkatının Xızı rayon təşkilatının sədri İlham Şaxverdiyev deyib. O bildirib ki, bugün Xızı rayon təşkilatının 36 nəfər üzvü ilə birlikdə kütləvi şəkildə istefa veriblər: "Mən bu gün "El"in Xızı rayon təşkilatının sədrliyindən və hərəkatdan istefa verdim. Mən gedirəmsə, bu rayon təşkilatında olanlardan da heç kim orada qala bilməz. Onlar mənim göstərişimlə gəlmişdilər. 36 nəfər istefa verdik".

İ.Şahverdiyev deyib ki, artıq "El" Hərəkatının siyasətini dəstəkləmir: "Bizim məqsədimiz İlham Əliyevi dəstəkləmək idi. Amma "El" bunu istəmədi. Biz 36 nəfər İlham Əliyevi dəstəkləyəcəyik".

Bahar Rüstəmli
AzNews.az