Gənc qız 9-cu mərtəbədən yıxılaraq ölüb- Bakıda

26 Avqust 2013 13:39 (UTC+04:00)
Bu gün saat 14:30 radələrində Bakının Nərimanov rayonunda 9-cu mərtəbədən bir qız yıxılıb.

Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Həsənoğlu 9 ünvanında gənc qız 9-cu mərtəbədən yıxılıb. Qız hadisə yerində dünyasını dəyişib. Qızın kimliyi və nə səbəbdən 9-cu mərtəbədən yıxıldığı araşdırılır.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


AzNews.az