Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşidlə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial media hesabında məlumat verilib.
Bundan başqa, nazir İraqın baş naziri Məhəmməd Şia Sudani ilə də müzakirələr aparıb.
Qeyd edək ki, Türkiyənin diplomatik mənbələri Hakan Fidanın İraq səfəri zamanı PKK/YPG terror təşkilatlarına qarşı birgə əməliyyatlar aparılmasının gündəmə gətiriləcəyini bildirmişdi.
AzNews.az