İlham Əliyev moldovalı həmkarını təbrik edib

26 Avqust 2013 19:30 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Nikolaye Timoftini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Sizi və dost Moldova xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaq.

Hörmətli cənab prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzulayıram".

AzNews.az