Sankt-Peterburqda kütləvi zəhərlənmə

27 Avqust 2013 07:25 (UTC+04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib.

APA-nın məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

"Pulkovo-3" hava limanının tikintisi ilə məşğul olaan IC Ictas-Astaldı inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

Zəhərlənən 350 nəfər təcili-tibbi yardımlarla Botnik Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az