Obama Putinlə Sankt-Peterburqda görüşəcək

27 Avqust 2013 08:02 (UTC+04:00)
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Rusiyanın Sankt-Peterburq şəhərində iyirmiliyin sammitində görüşəcəklər, lakin görüşün formatı hələ müəyyənləşdirilməyib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Ağ evin rəsmi nümayəndəsi Cey Karni brifinqdə bəyan edib.

"Rusiya - qəbul edən tərəfdir, sammit G20 Sankt-Peterburqda keçiriləcək. Buna görə də onlar, əlbəttə, görüşəcəklər," - Karni deyib.
Ağ ev nümayəndəsi görüşün formatını açıqlamayıb. Əvvəllər o, qeyd edib ki, ikitərəfli danışıqlar planlaşdırılmır.

Obama Rusiya ilə sentyabrda Moskvada hazırlanan ikitərəfli sammiti ləğv edib. Ağ ev bu ləğvi bununla əsaslandırıb ki, bir sıra məsələlər üzrə Rusiya ilə münasibətlərdə, raket əleyhinə müdafiədə, silahlanma üzərində nəzarət də daxil olmaqla və Edvard Snoudenin işində irəliləyiş yoxdur.

Kreml bu qərardan məyus olduğunu bildirib, lakin Obama üçün Rusiya paytaxtına səfər dəvəti qüvvədə qalır.
G20-nin sammiti sentyabrın 5-6-də Peterburqda keçiriləcək.

AzNews.az