Zabrat-Pirşağı avtomobil yolu yenidən qurulacaq

27 Avqust 2013 08:20 (UTC+04:00)
Bakıda Zabrat-Pirşağı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, yenidənqurma işlərinə başlanılan mövcud yolun uzunluğu 9 km, eni isə 7 m təşkil etməklə iki hərəkət zolağından ibarətdir. Layihə üzrə yolun 4 hərəkət zolağına uyğun yenidən qurulması nəzərdə tutulur.

Mətbuat xidməti rəhbəri qeyd edib ki, hazırda ərazidə işlər sürətlə davam edir. İşlərin bu ilin payız aylarında yekunlaşdırılması planlaşdırılır.

AzNews.az