Firəngiz Əlizadə Berlində ustad dərsləri keçir

27 Avqust 2013 08:32 (UTC+04:00)
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Berlində ABŞ, İngiltərə, Fransa, Çexiya, Polşa, İsrail və başqa ölkələrin gənc bəstəkarları ilə görüş keçirib.

Bəstəkarlar İttifaqından AzNews.az-a verilən məlumata görə, adları çəkilən ölkələrin gənc bəstəkarları professor Firəngiz Əlizadənin ustad dərslərində iştirak edib. Müzakirələr zamanı musiqisi Firəngiz Əlizadəyə məxsus, Amerika istehsalı olan 4 seriyalı "The War" ("Müharibə") bədii-sənədli filmindən də istifadə olunub. Bundan başqa tanınmış musiqiçi Coel Saksın rəhbərlik etdiyi məşhur "Continuum" orkestri Braziliyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə böyük müvəffəqiyyətlə Firəngiz Əlizadənin "Crossing – II" əsərini ifa edib.

Bahar Rüstəmli
AzNews.az