Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib

3 Fevral 2025 10:57 (UTC+04:00)

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.

Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.

Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb və onun ərizəsi qəbul edilib.

AzNews.az