Moskvada azərbaycanlı 75 yaşlı qocanı döydü- VİDEO

27 Avqust 2013 10:01 (UTC+04:00)
Azərbaycan vətəndaşı Moskvada 75 yaşlı qocanı döyüb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Lyubersdk rayonunun Oktyabr qəsəbəsində qeydə alınıb.

Avqustun 21-də saat 17:40 raadələrində baş verən hadisə müşahidə kamerasının tərəfindən lentə alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Təqaüdçünü qocanı döyən şəxs saxlanılıb və barəsində "Qəsdən sağlamlığa xəsarət yetirmə" maddəsilə istintaq işi açılıb.

Hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır.




AzNews.az