Aparıcı Azər İsmayılov: “İndi ana qızlarını boşayır“

27 Avqust 2013 10:32 (UTC+04:00)
Aparıcı Azər İsmayılov və Vüsalə İsmayılovanın (qızlıq soyadı Əlizadə) dörd illik ailə həyatı sona yetib. Azər İsmayılov keçmiş həyatyoldaşı Vüsalə İsmayılovadan ayrılıb.

Onların boşanması haqqında xəbəri isə Azər İsmayılov özü facebook səhifəsində qeyd edib.

Nəzərinizə çatdıraq ki, onların bu nikahdan onların bir övladları var.
Boşanmaya səbəb isə Azər İsmayılovun yazdığı digər statuslardan elə aydın olur ki, qaynanası ilə yaşanan problemləri olub. Mövqe.az həmin statusları olduğu kimi sizə təqdim edir:

Avqustun 26-sı mən boşanıram. Bunu mən istəmədim özün istədin.!!! 26-dan sonra mənim üçün yeni həyat başlayır.
***
Ay camaat niyə qızların anaları qoymurlar ki, onlar mehriban ailə olsunlar ?! Anaları dir-dir qızlarını öyrədir bütün günü ....Zəmanə çox korlandı...İndi ana qızlarını boşayır.

AzNews.az