Mirmahmud Mirəlioğlu Dövlət Baxçalı ilə görüşüb

27 Avqust 2013 10:38 (UTC+04:00)
Mirəlioğlu Baxçalı ilə Türk Birliyini müzakirə etdi

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasındakı (MHP) həmkarı Dövlət Baxçalı ilə görüşüb. Lent.az-ın məlumatına görə, Baxçalı Mirəlioğlunu öz partiyasının baş qərargahında qəbul edib.

Partiya liderlərinin müzakirə etdikləri məsələlər barədə MHP-nin baş katibi İsmət Büyükataman açıqlama verib. O, KXCP-ni "Azərbaycanın qurtuluş və müstəqillik mübarizəsində çox mühüm xidmətləri olmuş ilk prezident, mərhum Əbülfəz Elçibəyin qurduğu partiya" adlandırıb. Onun sözlərinə görə, görüşdə iki ölkə və ümumilikdə bölgədə baş verənlər barədə qarşılıqlı fikir mübadilələri aparılıb.

Baxçalı KXCP ilə əlaqələrin çox önəmli olduğunu və bundan sonra da əhəmiyyətli danışıqlar üçün lazımi çalışmaların aparılacağını vurğulayıb.

AzNews.az