MSK Milli Şuranın hansı namizədini təsdiqləyəcək? – Açıqlama

27 Avqust 2013 10:52 (UTC+04:00)
Bu gün Mərkəzi Seçki Komissiyası Milli Şuranın sədr və vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq olunub-olunmayacağı ilə bağlı məsələyə baxacaq.

Bu barədə AzNews.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, bu gün R.İbrahimbəyovun sənədlərinin MSK-ya təqdim edilməsinin beşinci günü tamam olduğu üçün onun sənədlərinə baxılacaq və namizədliyi ilə bağlı yekun qərar veriləcək.

A.Sarıyev onu da bildirib ki, Milli Şuranın digər namizədi Cəmil Həsənlinin sənədlərinə isə avqustun 29-da baxılacaq. Onun sözlərinə görə, C.Həsənli sənədlərini MSK-ya avqustun 24-də təqdim edib, bu səbəbdən də onun namizədliyinin təsdiqlənməsi məsələsinə avqustun 29-da baxılacaq.

Anar