Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək

7 Fevral 2025 11:35 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan TED Talks formatında çıxışlar təşkil etməyə qərar verib.

Bu barədə "Hraparak" qəzeti yazır.

İlk görüş martın 15-də Paşinyanın iştirakı ilə keçiriləcək.

Formata tematik çıxışlar, spikerlər və auditoriya arasında söhbətlər daxildir.

TED Talks-ın keçirilməsi üçün İrəvandakı K.Stanislavski adına Rus Dram Teatrının binası seçilib. (report)

AzNews.az