AFFA aşağı liqalarda keçirilməsi planlaşdırılan oyunları təxirə salıb

7 Fevral 2025 16:43 (UTC+04:00)

AFFA 8-9 fevralda aşağı liqalarda keçiriləcək oyunları təxirə salıb.

Bu barədə AzNews.az-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

AzNews.az