Elm və Təhsil Nazirliyində yeni təyinat

7 Fevral 2025 17:12 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinə müdir təyin edilib.

AzNews.az xəbər verir ki, nazir bu vəzifəyə Çapay Məmmədovu layiq görüb.

Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

AzNews.az