Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb

8 Fevral 2025 08:56 (UTC+04:00)

Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

Aznews.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az