Azərbaycanda təbii və texnogen mənşəli hadisələr: 83 nəfər həlak olub, 326 nəfər xəsarət alıb

8 Fevral 2025 13:00 (UTC+04:00)

2024-cü il ərzində respublika ərazisində 14 856 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə FHN-dən bildirilib.

2023-cü il ilə müqayisədə 305 hadisə və ya 2% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 83 nəfər həlak olmuş, 326 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 114 nəfər xilas edilib, 1450 nəfər təxliyə olunub.

AzNews.az