“Böyüklərimin razılığı olmadan o xanımla ailə qurdum“

27 Avqust 2013 19:15 (UTC+04:00)
"Saytlara girib özüm haqqında cəfəngiyyat, böhtanları oxuyanda danışmağa məcbur oldum".


"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Facebook" hesabında boşanması ilə bağlı teleaparıcı Azər İsmayılov yazıb. O, həmkarı Vüsalə Əlizadə ilə evlənməsini həyatının ən böyük səhvi olduğunu etiraf edib:

"Bütün bunlara son qoymaq üçün açıqlama verirəm və həmkarlarımdan xahiş edirəm ki, artıq bu haqda məlumat yazmasınlar. İlk gündən böyüklərimin razılığı olmadan o xanımla ailə qurdum, indi başa düşdüm ki, böyüklərin sözünə qulaq asmayan böyürə-böyürə qalar. O xanımla evlənməklə həyatımın ən böyük səhvini etsəm də, qazandığım gül bala bir qızım oldu. Bundan sonra hər zaman pis günündə, yaxşı günündə də qızımın yanındayam. O xanımın yolu açıq olsun".

AzNews.az