Münhendə avtomobilini izdihamın üzərinə sürən şəxs Almaniyadan sığınacaq istəyirmiş

13 Fevral 2025 18:30 (UTC+04:00)

Münhendə avtomobilini izdihamın üzərinə sürən Əfqanıstan vətəndaşına Almaniyada sığınacaq verilmədiyi açıqlanıb.

Bu barədə Bavariyanın daxili işlər naziri Yoahim Herrmann məlumat verib.

Almaniyanın "Focus" nəşri onun sözlərini sitat gətirir: "Hazırda onu deportasiya etmək mümkün deyil və buna görə də onun ölkəmizdə qalmasına icazə verilir" .

Rəsmi əlavə etdi ki, polis artıq həmin şəxsin narkotik alveri və mağaza oğurluğu ilə əlaqəsi olduğunu bilirdi.

Mövsüm

Aznews.az