Aygün Kazımova İlhamə Quliyevaya cavab verdi
28 Avqust 2013 10:31 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyeva ATV telekanalında yayımlanan "Onlar" verilişinə açıqlamasında Aygün Kazımovanın ünvanına söz atmışdı: "Hollivuda ilk gedən mən olmuşam. 9 il bundan əvvəl getmişdim, dörd-beş medalla döndüm. Mən nəsə edəndə atlanıb-düşüb demirəm ki, bunu etdim, filan yerə getdim".
Milli.az xəbər verir ki, bu sözlərin efirdə deyilməsindən çox keçməmiş Aygün Kazımova öz İnstagram profilində İlhamə xanıma cavab olaraq bir şəkil paylaşıb.
AzNews.az