Zəncanda Qadın Konservatoriyasında yanğın olub

18 Fevral 2025 17:28 (UTC+04:00)

İranda Güney Azərbaycanın Zəncan şəhərində Qadın Konservatoriyasında yanğın nəticəsində 15 nəfər xəsarət alıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə Zəncan Tibb Universitetinin təcili yardım şöbəsinin başçısı İbrahim Xosrovşahi bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 11-i hospitala yerləşdirilib.

Məlumata əsasən, İran təqvimi ilə (martın 21-dən) bu ilin ilk altı ayında 33 580 fövqəladə hal baş verib, hadisələr nəticəsində 33 216 nəfər yaralanıb.