Rusiya və ABŞ danışıqları davam etdirəcək

18 Fevral 2025 19:33 (UTC+04:00)

Rusiya və ABŞ bank köçürmələri sahəsində mövcud “süni maneələrin” aradan qaldırılması üçün danışıqları davam etdirəcək. Bu barədə fevralın 18-də Ər-Riyadda Amerika nümayəndə heyəti ilə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib.

“Ən kiçik problem bank köçürmələridir, bizə bu sahədə məhdudiyyətlər tətbiq etməyə çalışırlar. Razılığa gəldik ki, deputatlarımız yaxın vaxtlarda görüş təşkil edəcək və səfirliklərin, eləcə də digər xarici qurumların fəaliyyətinə süni maneələrin aradan qaldırılmasının zəruriliyini müzakirə edəcəklər”, – deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafına mane olan problemlərin həlli üçün sistemli yanaşma vacibdir.

Rəfiqə

Aznews.az