Tərtərdə kənddən silahlar aşkarlanıb

24 Fevral 2025 15:24 (UTC+04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.