Dini Komitənin sədri Qaxda vətəndaşları qəbul edəcək

25 Fevral 2025 09:17 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) keçiriləcək.

Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan qurumun Zaqatala regional bölməsinə (Əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, chairman@scara.gov.az, dk-zaqatala@scara.gov.az) müraciət etmələri xahiş olunur.