Cəbhədə atışma-erməni əsgəri yaralandı
29 Avqust 2013 10:47 (UTC+04:00)
Cəbhə xəttində növbəti dəfə atışma olub. Bu barədə məlumatı erməni mətbuatı yayıb.
Məlumata görə, atışma zamanı erməni hərbçisi Arşak Mkrtçyan yaralanıb.
Hadisə avqustun 28-də hərbi hissənin şimal istiqamətində yerləşən mübahisəli məntəqələrin birində baş verib. Hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Arşak Mkrtçyan Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı xəbər verilir.
Hazırda hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün təhqiqat aparıldığı bildirilir.
Elnarə
AzNews.az