Kikboksinq üzrə Avropa çempionatının Bakıda keçirilməsi planlaşdırılır

3 Mart 2025 13:47 (UTC+04:00)

Kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Avropa çempionatının 2027-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezident Salim Kayıcı bu məqsədlə Azərbaycana gəliblər.

WAKO rəsmiləri danışıqlar aparmaq üçün paytaxta səfər ediblər.