Makron Trampa çağırış etdi

3 Mart 2025 18:48 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampı Ukraynadakı münaqişəni birbaşa həll etməkdən çəkindirməyə çalışdığını bildirib.

O, bu barədə dərc olunan "Il Foglio" qəzetinə müsahibəsində bildirib.

“Yəni dərhal atəşkəs əldə etmək üçün deyil, daha çox hava, dəniz və enerji infrastrukturu səviyyəsində atəşkəs əldə etmək lazımdır” deyən Makron belə bir rejimin idarə olunmasının daha asan olacağına inandığını müdafiə edib.

Makronun qeyd edib ki, konkret səviyyələrdə atəşkəs “yoxlanıla bilər”. O, həmçinin vurğulayıb ki, Avropa tərəfi də öz növbəsində təhlükəsizlik təminatı ilə bağlı danışıqlar aparacaq.

Mövsüm

AzNews.az