“El” də Cəmil Həsənliyə imza toplayacaq

29 Avqust 2013 13:10 (UTC+04:00)
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imza kampaniyasına "El" Hərəkatı da qoşulacaq.

Bu barədə AzNews.az-a açıqlama verən Hərəkatın Ali Məclis sədri Eldəniz Quliyev bildirib ki, onlar da C.Həsənlinin imzalarının toplanmasında yaxından iştirak edəcəklər.

Konkret nə qədər imza toplamağı hədəf qoymadıqlarını deyən E.Quliyevin sözlərinə görə, "El" MŞ-in vahid namizədinin imzatoplama kampaniyasında bütün imkanlarını ortaya qoyacaq.

Bahar Rüstəmli
AzNews.az