BMT qrupu sabah qayıdır

29 Avqust 2013 13:32 (UTC+04:00)
Qrupun hazırladığı hesabat BMT-yə təqdim olunacaq


Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi-Mun bəyan edib ki, BMT-nin Suriyada kimyəvi silahla bağlı araşdırma aparan xüsusi qrup cümə günü geri qayıdıcaq. Qrup tərəfindən hazırlanan hesabat BMT-yə təqdim olunacaq.

Qeyd edək ki, ötən həftə Avstriyanın paytaxtı Vyanada səfərdə olan Pan Gi-Mun Suriyada kimyəvi silahlardan istifadəyə dair iddiaların araşdırılması məqsədi ilə Suriya xüsusi qrup göndərmişdi.


AzNews.az