Putin vəziyyəti helikopterdən müşahidə etdi - VİDEO

29 Avqust 2013 14:08 (UTC+04:00)
Rusiyanın uzaq şərq bölgəsində daşqınların törətdiyi fəsadlar get-gedə genişlənir. Zərərçəkənlərin sayı isə 102 mini ötüb.

Rusiyanın dövlət telekanalının məlumatına görə, ölkə prezidenti Vladimir Putin vəziyyətin hələ də gərgin olaraq qaldığı Amur vilayətininin su basmış kəndlərini helikopterdən müşahidə edib. Təkcə bu rayonda daşqın nəticəsində 1200-dən çox evə ziyan dəyib, sel suları yüzlərlə kənd təsərrüfatı obyektini yuyub aparıb. Suyun səviyyəsi avqustun 15-də 8 metri ötmüş və pik nöqtəyə çatmışdı.

Hazırda su tədricən çəkilir. Amur vilayətində ümumilikdə 4500-ə yaxın evi su basıb. Daşqın 70-dən çox körpünü də tam və ya qismən dağıdıb. 50-yə yaxın yaşayış məntəqəsindən hələlik yalnız 13-ü ilə rabitə əlaqəsi bərpa edilib.




AzNews.az