Bakıda restoranda kütləvi zəhərlənmə - Video
29 Avqust 2013 14:32 (UTC+04:00)
Qidalardan nümunələr Səhiyyə Nazirliyinin Gigiyena Epidiomologiya mərkəzinə göndərilib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində restoranların birində kütləvi zəhərlənmə qeydə alınıb. Gecə saatlarında zəhərlənmə diaqnozu ilə bir neçə nəfər paytaxtın1 saylı Klinik Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə gətirilib. Zəhərlənənlərdən bir neçəsi müayinə olunaraq evə buraxılıblar. Digərlərinin isə vəziyyəti stabildir. İlkin ehtimala görə zəhərlənmə kababdan olub.
Məsələ ilə bağlı restoran inzibatçısı faktı təkzib edib.
Qeyd edək ki, qidalardan nümunələr Səhiyyə Nazirliyinin Gigiyena Epidiomologiya mərkəzinə göndərilib.
Fakt araşdırılır.
AzNews.az