Sərdar Cəlaloğlunun sənədləri MSK-ya təqdim olunub

29 Avqust 2013 14:36 (UTC+04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sənədləri təsdiq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən yığıncağında deyib.

O bildirib ki, ADP tərəfindən Məmmədov Sərdar Cəlal oğlunun sənədləri təsdiq üçün MSK-ya daxil olub. Müraciət qanuna uyğun şəkildə araşdırılaraq müvafiq qərar veriləcək.

M. Pənahov deyib ki, bu günə kimi müşahidə missiyasını həyata keçirmək üçün 356 müraciət daxil olub.

Onlardan 288 nəfəri DSK-larda qeydiyyatdan keçib.

AzNews.az