Rusiyalı psixoloqdan tükürpədici Qarabağ AÇIQLAMASI

30 Avqust 2013 08:53 (UTC+04:00)
"Qarabağda insanlar sabah müharibə olacağından qorxurlar. Hamı müharibədən, müharibə başlayacağı təqdirdə çətinlikləri necə dəf edəcəyindən danışır".

Bunu Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edən rusiyalı psixoloq və iqtisadçı İrina Tolmaçeva erməni mətbuatına müsahibəsində bildirib.

Psixoloqun sözlərinə görə, Qarabağa səfərlə bağlı ilk təklifi alanda xeyli düşünüb. Qarabağ haqqında geniş məlumata malik olmasa da, daha sonra getmək qərarına gəlib: "Qarabağda gördüklərimdən belə qənaət formalaşır ki, insanlar hər gün sabah müharibə olacağı haqqında düşünürlər. Bu ağırdır. Hətta uşaqlar da bu barədə bilir".

Elnarə
AzNews.az