Qafan aeroportu işə salınır
30 Avqust 2013 09:07 (UTC+04:00)
Ermənistan Azərbaycanın Zəngilan rayonu ilə sərhəddə, Qafan rayonunda köhnə aeroportun işə salınmasına çalışır.
Bu barədə məlumatı Ermənistan ərazilərin idarə olunması naziri Armen Gevorqyan Zəngəzura səfəri zamanı bildirib. Ermənilərin Sünix adlandırdığı Zəngəzur bölgəsinə səfər edən nazir aeroportun işə salınması üçün biznesmenlərdən dəstək istəyib.
Qafan aeroportunun 2014-cü ilin əvvəlinə kimi işə salınması gözlənilir. Ancaq bunun üçün hökumətin maliyyə vəsaiti yetərli olmadığından biznesmenlərin köməyinə ehtiyac var.
Elnarə
AzNews.az