Daha bir kütləvi dava: silaha əl atıldı
30 Avqust 2013 21:13 (UTC+04:00)
Moskvada Komsomolun 15 illiyi adına küçədə yerləşən kafenin qarşısında kütləvi dava baş verib.
Davada silahlardan istifadə olunub və 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya aparılıb. 15 nəfərin qatıldığı davanın 7 iştirakçısı polis təfərindən saxlanılıb.
AzNews.az NEWSru.com-a istinadən xəbər verir ki, dava iştirakçıları müxtəlif millətlərin nümayəndəsi olsalar da, bir-birilərini çoxdan tanıyırlar. Davanın baş verməsinin səbəbi hələ açıqlanmır. Bununla belə məlumata görə, onlar əyləncə məkanında ortaya çıxan problemi həll etmək üçün kafenin qarşısına çıxıblar və silahla əl atılıb.
Xəstəxanaya aparılan 6 dava iştirakçısnda müxtəlif dərəcəli xəsarətlər aşkarlanıb. Onlardan 4-ü ilk tibbi yardımdan sonra evə buraxılıb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Zərəçəkənlərdən dördünün qardaş olduğu bildirilir.
Hadisə yerində gilizlər tapılsa da silah özü hələlik tapılmayıb.
Qeyd edək ki, avqustun 17-də Moskvadakı Kaspi küçəsindəki kafedə də Asiya və Qafqaz respublikalarından olan 50-yə yaxın şəxsin iştirakı ilə kütləvi dava baş vermişdi.
Elnarə
AzNews.az