FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb

16 Aprel 2025 21:37 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Nazirlikdən verilən məlumata görə hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.