Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri 90-a yaxın təyyarənin iştirak edəcəyi "Azadlıq Bayrağı" adlı birgə hərbi təlimlərə başlayıb.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb .
"Təlimlər qurumların əməliyyat uyğunluğunun gücləndirilməsi və Şimali Koreyanın təhdidlərinə qarşı birgə hazırlığın gücləndirilməsi məqsədilə keçirilir", - deyə agentlik qeyd edib.
Azadlıq Bayrağı hər iki tərəfdən 1000-dən çox əsgər və 90-a yaxın təyyarə səfərbər edilməklə mayın 2-dək davam edəcək. İki həftəlik təlim üçün səfərbər olunan aktivlər arasında Cənubi F-35A, F-15K və KF-16 qırıcıları, həmçinin ABŞ-ın F-16 və F-35 B qırıcıları, MQ-1 və MQ-9 pilotsuz təyyarələri var.
Mövsüm
Aznews.az