Səyyad Əlizadənin klipinə çəkilən qız qəzada öldü

31 Avqust 2013 10:12 (UTC+04:00)
O, "Gənclik" metrosunda qatarları qəbul edib yola salan növbətçi olub


Dünən gecə aeroport yolunda başverən qəzada həlak olan qız Bakı metropolitenində çalışırmış. "Qafqazinfo" xəbər verir ki, Günay Məmmədova "Gənclik" metrosunda qatarları qəbul edib yola salan növbətçi xanım olub.

Onu dünən gecə saatlarında Heydər Əliyev prospektində maşın vurub. Hadisə şahidləri bir neçə maşının Günay Məmmədovanın üstündən keçdiyini bildirib.

Qeyd edək ki, 1991-ci ildə doğulan Günay Məmmədova Səyyad Əlizadənin "Bizim Metropoliten" klipində də çəkilib.

AzNews.az