Floridada qayıqla bərə toqquşması nəticəsində bir nəfər ölüb

28 Aprel 2025 18:14 (UTC+04:00)

Florida ştatının Kliruoter yaxınlığında sərnişin bərəsinin qayıqla toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə "ABC News" məlumat yayıb .

"Polisin məlumatına görə, bərədə iki ekipaj üzvü də daxil olmaqla, 45 nəfər gəmi ilə toqquşub", - məlumatda deyilir.

Qəzadan sonra bərənin sahilə çıxdığı və zərərçəkənlərin təxliyyə edildiyi bildirilir. Ən ağır yaralıların təxliyəsi üçün xilasedici helikopterlərdən istifadə edilib.

Mövsüm

Aznews.az