Azərbaycanda internet xidməti ucuzlaşacaq

1 Sentyabr 2013 09:10 (UTC+04:00)
İlin sonuna kimi Azərbaycanda internet xidmətlərin qiymətlərinin aşağı salınmasının növbəti dalğası gözlənilir.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan telekommunikasiya bazarından olan mənbə bildirib.

Bu istiqamətdə işlər Azərbaycanda İKT ili olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilib.

İnternet-xidmətlərin tariflərinin aşağı salınması ilə bağlı tövsiyələr həm özəl, həm də dövlət internet servis provayderlərindən daxil olub və hazırda yekun təklifin hazırlanması üzrə işlər yekunlaşdırılır.

İnternet bazarın iştirakçıların təkliflərindən biri internet xidmət və rabitə operatorları təchizatçıları üçün kanalların icarə haqlarının azaldılmasıdır ki, bu da sonda istifadəçilərə təqdim olunan internet xidmətlərin tariflərində öz əksini tapmalıdır.

AzNews.az