İntihar cəhdinin qarşısı alındı- Bakıda

1 Sentyabr 2013 09:07 (UTC+04:00)
Bakıda intihar cəhdinin qarşısı alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində bir qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qadın özünü doqquzmərtəbəli binanın damından atmaq istəyib.

Xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.
Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

AzNews.az