Belarus sərhədləri yaxınlığında NATO-nun irimiqyaslı hücum təlimləri keçirilir.
Bu barədə III Beynəlxalq Antifaşist Konqresinin kənarında respublikanın müdafiə naziri Viktor Xrenin məlumat verib.
“Kəşfiyyat fəal şəkildə aparılır, bölgədə hərbi mövcudluq artırılır və faktiki olaraq bizim sərhədlərimizdə genişmiqyaslı hücum təlimləri keçirilir və eyni zamanda hərbi büdcələr artırılır”, - deyə Xrenin bildirib.
Nazirin sözlərinə görə, NATO ölkələri müxtəlif növ psevdomüdafiə təlimləri şəklində Avropanın müdafiəsini gücləndirmək adı altında əraziləri qorumaq məqsədi daşımayan “zirehli yumruq” formalaşdırır.
Mövsüm
Aznews.az