AK nümayəndəsi: Vuçiçin mayın 9-da Rusiyaya səfəri Serbiyanın Aİ-yə qəbulunu çətinləşdirəcək

30 Aprel 2025 17:32 (UTC+04:00)

Serbiya prezidenti Aleksandr Vuçiçin Moskvaya səfəri ölkənin Avropa İttifaqına (Aİ) daxil olması üçün mənfi nəticələr verə bilər.

Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

"Onun [Vuçiçin] Moskvadakı tədbirdə iştirakı islahatların müzakirəsinə aparan yola və danışıqlarda növbəti addımlara təsir göstərəcək", - o , AŞ-nin audiovizual xidmətinin saytında deyib .

Mersier əlavə edib ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Vuçiçə Moskvaya səfərinin nəticələrini izah edib. O, Serbiya prezidentinə xəbərdarlıq edib ki, onun mayın 9-da səfəri ölkənin Avropa İttifaqına daxil olmaq şanslarına mənfi təsir göstərə bilər.

Mövsüm

Aznews.az