Çinin şimalındakı Tayyuan şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb.
Bu barədə Çin Mərkəzi Televiziyası ( CCTV ) məlumat yayıb .
"Partlayış nəticəsində bir nəfər həlak olub, iki nəfər itkin düşüb. 21 nəfərin müalicəsi xəstəxanada davam etdirilir", - məqalədə deyilir.
Taiyuan şəhərində baş verən partlayışdan sonra hadisə yerində xilasetmə işlərinin aparılması üçün xilasetmə qərargahı yaradılıb. Hadisənin səbəbi açıqlanmır.
Mövsüm
Aznews.az