Kanadada vətəndaşlar seçkiyə gedib.
Dünən keçirilən növbədənkənar ümumi seçkilər yekunlaşarkən qeyri-rəsmi nəticələr də paylaşılıb.
Kanadanın rəsmi və müstəqil seçki qurumu Elections Canada tərəfindən paylaşılan ilkin nəticələrə görə, hakim Liberal Partiyası seçkidə qalib gəlib.
"Oakville West" bölgəsində Liberal Partiyasının namizədi kimi iştirak edən Şima Açan Kanada parlamentinə seçilən ilk türk millət vəkili kimi tarixə düşüb.
Mövsüm
Aznews.az