Milli Məclisin iclasının gündəliyi dəyişib

30 Aprel 2025 21:05 (UTC+04:00)

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Aznews.az xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" məsələ daxil edilib.

Beləliklə, gündəlikdəki məsələlərin sayı 12-dən 13-ə qaldırılıb.