Şamaxıda jurnalistlər qəzaya uğradı - 1 ölü, 3 yaralı

1 Sentyabr 2013 16:20 (UTC+04:00)
Bu gün səhər Şamaxı şəhərində baş vermiş avtomobil qəzasının təfərrüatları məlum olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Təzəgünəşli kəndi ərazisində qəzaya düşənlər jurnalistlər olub.

Məlumata görə, onlar 54 yaşlı Əzizov Fikrət Nazim oğlu "Kommunist" qəzetinin redaktoru, 51 yaşlı Vəliyeva Cahan "Açıq Səma" qəzetinin redaktoru, 51 yaşlı Salahova Tehran Nazim qızı "Xalq Mədəniyyəti" jurnalının redaktoru olub. Daha bir yaralı isə 54 yaşlı Atakişiyeva İlhamə Xankişi qızıdır.

Avtomobilin yoldan çıxaraq 50 metrlik uçuruma düşməsi ilə nəticələnən qəzada 51 yaşlı Əzizov Fikrət Nazim oğlu dünyasını dəyişib.



***14:30

Şamaxı rayonunda "Mitsubishi" markalı avtomobil uçuruma düşüb.

Trend-ə Şamaxı rayon polis şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Məlumata görə, zərərçəkənlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşların və yerli sakinlərin vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Faktla əlaqədar Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.

AzNews.az