Rey Kərimoğlu: Bu vandallığı törədənlər ədalət məhkəməsində layiqli cəzanı almalıdır

1 May 2025 13:26 (UTC+04:00)

Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdırlar.

Bunu “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu hallar müharibə cinayətidir:

"Bu həm də insanlığa sığmayan haldır. Təəssüf ki, ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik. Burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkarlanıb. Xüsusilə həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn olunublar. Bundan başqa, mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də var".